Qazaxıstanın yeni Konstitusiyasının layihəsi dərc olunub

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi dərc olunub
  31 Yanvar 2026    Oxunub:1779
Konstitusiya islahatı üzrə Komissiya Qazaxıstanın yeni Konstitusiyasının layihəsini dərc edib.
AzVision.az Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinin yaydığı məlumata istinadən xəbər verir ki, ölkənin yeni Əsas Qanununun layihəsi vətəndaşların, siyasi partiyaların, ictimai təşkilatların və ekspertlərin təkliflərinin hərtərəfli təhlili, açıq ictimai müzakirələr və yeni norma və müddəaların ətraflı işlənməsi nəticəsində hazırlanıb.

Xatırladaq ki, Konstitusiya islahatının başlanması prosesi ölkə prezidenti Kasım-Jomart Tokayevin Qazaxıstanda bir palatalı Parlament yaradılması təşəbbüsü ilə bağlıdır.

Kasım-Jomart Tokayev öz təşəbbüsünü 2025-ci il sentyabrın 8-də ölkə xalqına ünvanladığı illik müraciətində siyasi sistemin kompleks yenilənməsi və süni intellekt dövründə Qazaxıstanın sosial-iqtisadi inkişafının sonrakı gedişatına müsbət təsir göstərmək məqsədilə əsaslnadırıb.

AzVision.az


Teqlər: Qazaxıstan   Konstitusiya   layihə  



Xəbər lenti