“Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir
Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetiriləcək.
Xatırladaq ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində baş tutacaq.
AzVision.az
Teqlər: Azərbaycan BƏƏ təlimlər







Vaxtında, Aydın, Lazımlı!


