Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
  31 Yanvar 2026    Oxunub:1715
Yanvarın 30-da ölkə ərazisində polis əməkdaşları qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti