Paytaxt üzrə ilk dəfə elektron qaydada eksternat imtahanları keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri imtahan prosesini izləyiblər.
Qeyd edək ki, eksternat imtahanlarında iştirak etmək üçün BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1126 nəfər olmaqla, ümumilikdə, 1497 şəxs qeydiyyatdan keçib.
Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


