Sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

   Sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb
  01 Fevral 2026    Oxunub:1772
Son illər məşğulluq imkanlarının, əməkhaqlarının, əmək müqavilələrinin sayının artımı Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artıma şərait yaradıb.

AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2018-2025-ci illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 3 dəfəyə yaxın artaraq 2,3 milyard manatdan 6,5 milyard manata çatıb.

AzVision.az





Teqlər:



Xəbər lenti