Zelenski Əbu-Dabidəki növbəti danışıqların tarixini açıqladı

Zelenski Əbu-Dabidəki növbəti danışıqların tarixini açıqladı
  01 Fevral 2026    Oxunub:701
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı vəziyyətin həlli üçün Əbu-Dabidə keçiriləcək danışıqların yeni tarixlərini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə V.Zelenski "Telegram" kanalında yazıb.

"Danışıqlar qrupumuz bu yaxınlarda məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevral tarixlərində Əbu-Dabidə", - deyə o bildirib.

Zelenski əlavə edib: "Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin bizi münaqişənin real və ləyaqətli şəkildə sona çatmasına yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır".

AzVision.az



Teqlər:



Xəbər lenti