Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub - FOTOLAR

Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub -  FOTOLAR
  01 Fevral 2026    Oxunub:1919
Fevralın 1-də Qış İdman Növləri Federasiyasının dəstəyi və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.
AzVision.az xəbər verir ki, turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən,18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi “Gigant Slalom” növü üzrə yarışıblar.



Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1 ci, rusiyalı xizəkçi Kristina Stepanova 2 ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1 ci, Arif Aşurbəyov 2 ci, Ferid Eliyev isə 3-cü yerə sahib olublar.



23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb.2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova bölüşüblər.Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemet Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olublar.



Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağizade 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəsad Sultan 3-cü yerdə qərarlaşıb.



57+ kişilərin yaş kateqoriyasında
Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2 ci, Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.













AzVision.az



Teqlər: HeydərƏliyevKuboku   xizək   final  



Xəbər lenti