Lənkəranda ev yanıb, ölən var

Lənkəranda ev yanıb, ölən var
  02 Fevral 2026    Oxunub:1365
Lənkəranda yanğın hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti