Trampdan növbəti ciddi zarafat

   Trampdan növbəti ciddi zarafat
  02 Fevral 2026    Oxunub:1862
Amerika lideri Donald Tramp ölkənin tərkibinə qatılacaq üç yeni ştat barədə zarafat edib.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin bu zarafatına “The Washington Post” (WP) nəşri diqqət çəkib.

Şam yeməyində Donald Tramp Qrenlandiyanı qəsb etmək yox, onu almaq istədiyini bildirib.

“Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətində olmamışam. 51-ci ştat Kanadanı etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela 53-cü ştat ola bilər”, – siyasətçi deyib.

“The Washington Post” qəzeti bəyanatın zarafatla verildiyini vurğulayıb.

Bundan əvvəl Kanadanın baş naziri Mark Karnini “qubernator” adlandıran ABŞ prezidenti, onun Çinlə ticarət razılaşması əldə edəcəyi təqdirdə Ottavanı 100 faizlik ticarət tarifləri ilə hədələyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   ştatlar   zarafat  



Xəbər lenti