Rusiya Ukraynada insanları öldürməkdə davam edir

Rusiya Ukraynada insanları öldürməkdə davam edir
  02 Fevral 2026    Oxunub:1449
Rusiyanın Ukraynada mədən işçilərinin avtobusuna hücumu nəticəsində ölənlərin sayı artıb. Bu günə 16 ölüm faktı təsdiqlənib.
AzVision.az xəbər verilir ki, Ukraynanın bərpası üzrə Baş nazirin müavini, İcma və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba belə məlumat açıqlayıb.

“Rusiya ordusu dinc insanları yenidən qətlə yetirib. Növbədən sonra mədəndən şaxtaçıları daşıyan avtobusa hücum edilib. 16 nəfər həlak olub. Yaralılar da var. Bunlar sadəcə işdən sonra evə qayıdan insanlar idi. Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – Kuleba öz “Telegram” kanalında yazıb.

Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının (RSA) rəhbəri Aleksandr Qanja bildirib ki, xəsarət alanların sayı da artaraq 16-ya çatıb.

- 14 nəfər xəstəxanada qalıb, onlardan yeddisinin vəziyyəti ağırdır. Sizə tezliklə sağalmağınızı arzu edirik”, – ukraynalı məmurun sosial şəbəkələrdə etdiyi paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 1-də Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda Rusiya PUA-ları mədən işçilərini daşıyan avtobusa hücum edib.

Sahil İsgəndərov


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti