KİV-ə nəzarət ediləcək

KİV-ə nəzarət ediləcək
  24 Aprel 2013    Oxunub:1747
«AMEA-nın Nəsimi adına Dilçilik İnsitutunda xüsusi monitorinq qrupları yaradılacaq ki , onlar da öz növbəsində KİV-də dillə bağlı problemlərə nəzarət edəcəklər».
“2020-ci ilə qədər Azərbaycan dilinin təlim və tədrisi ilə bağlı tədbirlər planı hazırlanır».

AzVision.az xəbər verir ki, Bunu jurnalistlərə açıqlamasında Nəsimi adına Dilçilik İnsitutunun direktoru professor Fəxrəddin Veysəlli ölkə başçısının Azərbaycan dili ilə bağlı verdiyi fərmana əsasən qarşıda duran işlərdən danışarkən deyib. F.Veysəlli bildirib ki, bu proqram əvvəlcə müzakirə olanacaq, sonra isə təsdiq ediləcək.

«Proqramda çox ciddi məsələlər var . Burada həmçinin radio , televiziya, ümumiyyətlə KİV-in diliylə bağlı nəzarət mexanizmi yaradılacaq. Bundan ötrü AMEA-nın Nəsimi adına Dilçilik İnsitutunda xüsusi monitorinq qrupları yaradılacaq ki , onlar da öz növbəsində KİV-də dillə bağlı problemlərə nəzarət edəcəklər.

Həmçinin dil pozuntularına yol verən qəzet, radio, eləcə də televiziya xadimlərini monitorinqlərə cəlb edib onlara tövsiyyələrimizi verəcəyik».

İzahlı lüğətlərlə bağlı məsələyə toxunan Fəxrəddin Veysəlli bildirib ki, çağdaş zamanda leksikonumuza texnologiya və digər modern sahələrə aid sözlərin gəldiyi üçün izahlı lüğətlərin dəyişilməsinin labüddür.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti