Sahibkarlıq yoxlamaları bu il də aparılmayacaq

 Sahibkarlıq yoxlamaları bu il də aparılmayacaq
  02 Fevral 2026    Oxunub:1414
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.

Məlumat üçün bildirək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb. Bu müddət 2026-cı il yanvarın 1-də başa çatıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti