Azərbaycan və Mərakeş maliyyə əməkdaşlığının perspektivlərini müzakirə edib

Azərbaycan və Mərakeş maliyyə əməkdaşlığının perspektivlərini müzakirə edib
  02 Fevral 2026    Oxunub:611
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bu ölkənin iqtisadiyyat və maliyyə naziri Nadya Fettah ilə ikitərəfli iqtisadi və maliyyə əməkdaşlığına dair imkanları müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün mən Mərakeşin iqtisadiyyat və maliyyə naziri Nadya Fettah ilə görüşmək şərəfinə nail oldum. İkitərəfli iqtisadi və maliyyə əməkdaşlığına dair imkanlar, həmçinin qarşılıqlı səfərlər ilə bağlı məsələlər müzakirə edilib", - məlumatda bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti