İsrail Zelenskini dəstəkləyib
“Ukrayna prezidenti Volodimir Zelenskinin SEPAH-ı terror or təşkilatı kimi tanımaq qərarı terrora qarşı, repressiyalara qarşı, azadlıq üçün atılmış mühüm addımdır”, - İsrail XİN-in rəhbəri deyib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə “X” sosial şəbəkəsində İranın ölkə daxilində və xaricində terror siyasətinin çoxsaylı qətllərə, sabitliyin pozulmasına və iztirablara səbəb olduğunu qeyd edib.
- Bu siyasət İrandakı repressiyalar, Ukraynada “Şahed” dronlarının istifadəsi və digər ölkələrdə zorakılıq nəticəsində minlərlə insan itkisi ilə nəticələnib. Biz qərar verdik ki, hər şeyi öz adı ilə çağıraq”, - Siqiba vurğulayıb.
Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Tehranın Avropa İttifaqı (Aİ) ölkələrinin ordularını “terrorçu qruplaşmalar” adlandırdığını açıqlamışdı. Bu qərarın Aİ-nin əvvəllər SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olduğu bildirilib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


