"Metsamor" AES fəaliyyətini dayandırır

   "Metsamor" AES fəaliyyətini dayandırır
  03 Fevral 2026    Oxunub:1284
Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) təmir-bərpa işləri ilə əlaqədar bu ilin aprelində beş ay müddətinə bağlanaraq ölkənin elektrik şəbəkəsindən ayrılacaq.
Bu barədə Ermənistanın ərazi və infrastruktur naziri David Xudatyan yerli mətbuata müsahibəsində məlumat verib. O bildirib ki, başqa mənbələrin mövcudluğu sayəsində AES-in fəliyyətini dayandırması ölkənin elektrik enerjisi ehtiyacında hər hansı problem yaratmayacaq. Nazirin sözlərinə görə, təmir-bərpa işləri AES-in ömrünü daha 10 il uzatmaq məqsədi daşıyır.

David Xudatyan jurnalistlərə açıqlamasında həmçinin Ermənistanın İranla enerji sahəsində əməkdaşlığına da toxunub. O bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib:

"Ermənistan-İran üçüncü yüksək gərginlikli elektrik ötürücü xəttinin tikintisi 85% başa çatıb. Ümidvarıq ki, tikinti cari ildə qurtaracaq, bu da İrana elektrik enerjisi təchizatını artırmaq imkanı verəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   AES   təmir  



Xəbər lenti