Dmitri Peskov birmənalı söyləyib ki, rəsmi Yeni Dehli bu məsələ barədə Moskvaya hər hansı məlumat verməyib:
"ABŞ-Hindistan münasibətlərinə hörmətlə yanaşır, amma Hindistanla strateji tərəfdaşlığın inkişafına da eyni dərəcədə əhəmiyyət veririk. Yeni Dehli ilə münasibətləri daha da irəliyə aparmaq niyyətindəyik".
|
| Hindistan-ABŞ münasibətləri yumşalır |
Xatırladaq ki, Donald Tramp və Narendra Modi ilə dünən telefon danışığı baş tutub. Hindistanın Baş naziri ölkəsinin Rusiya neftinin idxalının dayandırdığını diqqətə çatdırıb. Beləliklə, tərəflər Vaşinqtonun Yeni Dehliyə qarşı 2025-ci ilin 6 avqustunda 50%-dək artırdığı idxal rüsumunun 18%-ə endirilməsi barədə razılığa gəliblər. Öz növbəsində, Donald Tramp vurğulayıb ki, Hindistan həmçinin ABŞ və Venesueladan neft ixracını da artırmaq niyyətindədir.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


