"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb

"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb
  03 Fevral 2026    Oxunub:1719
Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti