London Kiyevə vəd etdiyi dronları verməyəcək

London Kiyevə vəd etdiyi dronları verməyəcək
  03 Fevral 2026    Oxunub:1713
Böyük Britaniyanın Müdafiə Nazirliyi “Watchkeeper” kəşfiyyat pilotsuz təyyarələrini Ukraynaya verməkdən imtina edib. Onların məhv edilməsinə qərar verilib.
AzVision.az “UK Defence Journal” nəşrinə istinadən xəbər verir ki, müdafiə naziri Lyuk Pollardın sözlərinə görə, Böyük Britaniya hökuməti “Watchkeeper” dronlarını əvəz etmək üçün yeni, daha qənaətcil pilotsuz sistemlərə sərmayə qoyur.

“Bu dronların istismardan çıxarılmasına baxmayaraq, onların Ukraynaya verilməsi nəzərdə tutulmur. Çünki bu dronlar hələ 2010-cu ildə istifadəyə verilib. Xüsusən də Ukraynada dron texnologiyasının sürətli inkişafı nəzərə alınmaqla, hazırda “Watchkeeper” köhnəlmiş hesab olunur”, – Lyuk Pollard Londonun qərarını belə əsaslandırıb.

“Watchkeeper” PUA-ları həmçinin pis hava şəraitində fəaliyyət göstərə bilmir. “The Times” qəzetinin yazdığına görə, hər bir dronun təxminən 5 milyon funt-sterlinqə başa gəlməsinə baxmayaraq, onlardan heç biri əməliyyatlarda istifadə olunmur. “Watchkeeper” İsrailin “Hermes 450” pilotsuz təyyarəsi əsasında hazırlanıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Britaniya   Ukrayna   dronlar  



Xəbər lenti