Fransa İlon Maskın sosial şəbəkələrini yoxlayır

Fransa İlon Maskın sosial şəbəkələrini yoxlayır
  03 Fevral 2026    Oxunub:1659
Paris prokurorluğu 2025-ci ilin yanvarında platformanın alqoritmlərinin işləməsi ilə bağlı başladılan təhqiqat çərçivəsində “X” sosial şəbəkəsinin Fransa ofisində axtarışlar aparıb.
AzVision.az “BFMTV” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, amerikalı milyarderə mənsub olan “X” sosial şəbəkəsinin ofisində axtarışları Avropolun iştirakı ilə Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi aparır.

Xatırladaq ki, Fransa prokurorluğu 2025-ci ilin yanvarında platformanın alqoritminin xarici müdaxilə üçün istifadə edildiyi iddialarından sonra təhqiqata başlayıb.

İş iki şikayət əsasında yaranıb – biri Fransa parlamentinin deputatından, digəri isə yüksək vəzifəli məmurdan. 2025-ci ilin iyulunda iş Fransa polisinə verilib. Elə həmin ay “X” şirkəti istintaqı “siyasi motivli” adlandıraraq ittihamları rədd edib.

Paris, öz növbəsində, şirkət qarşısında platformanın tövsiyə alqoritminə, həmçinin “platformadakı bütün istifadəçi nəşrləri” nə dair məlumatlara çıxışı təmin etmək tələbini qoyub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Mask   yoxlamalar  



Xəbər lenti