Ərdoğan: "Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır"

      Ərdoğan:    "Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır"
  03 Fevral 2026    Oxunub:1272
"Türkiyə İran və Birləşmiş Ştatlar arasında fikir ayrılıqlarının həllində vasitəçi rolunu öz öhdəsinə götürməyə hazırdır".
AzVision.az xəbər verir ki, bunu "Asharq Al-Awsat" qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz bütün platformalarda İrana qarşı hər hansı hərbi addımların qəbuledilməzliyini ifadə etmişik", - o qeyd edib.

Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. O, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

AzVision.az



Teqlər:



Xəbər lenti