AFP: “NATO-nun yeni missiyası yaradılır”

      AFP:    “NATO-nun yeni  missiyası yaradılır”
  04 Fevral 2026    Oxunub:1265
Şimali Atlantika Alyansı Qrenlandiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıyan “Arctic Guardian (Arktika keşikçisi)” missiyasını planlaşdırmağa başlayıb.
AzVision.az Fransanın “AFP” agentliyinə istinadən xəbər verir ki, NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Mərkəzi Qərargahının (SHAPE) mətbuat katibi polkovnik Martin O'Donnell belə məlumat yayıb.

Bununla belə, missiyaya hazırlıq yenicə başladığından, polkovnik Martin O'Donnell planın təfərrüatları barədə heç nə deməyib.

Bundan əvvəl iki mənbəyə istinad edən “Bloomberg” agentliyi “Arctic Guardian” missiyasının yaradılması təşəbbüsü ilə Almaniyanın çıxış etdiyini bildirmişdi.

Bu missiya Baltik dənizində kritik infrastrukturu qorumaq üçün bu ilin yanvar ayında işə salınmış NATO-nun başqa bir missiyası olan “Baltic Sentinel (Baltik gözətçisi)” əsasında qurula bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Qrenlandiya   missiya  



Xəbər lenti