Ukrayna ABŞ üçün PUA-lar hazırlayacaq
“İndi nazirlik Amerikanın azadlıq arsenalını gücləndirmək üçün bütün ölkə daxilində daha ucuz, birtərəfli hücum dronlarını sürətlə yerləşdirmək məqsədi daşıyan əldəetmə sistemində islahatların aparılmasını nəzərdə tutan “Drone Dominance Programı”nın (DDP) birinci mərhələsində 25 iştirakçının adını açıqlayıb”, – məlumatda deyilir.
Dəvət olunan şirkətlər arasında ukraynalı “General Cherry Corp” və “Ukrainian Defence Drones Tech Corp” şirkətləri də var.
Proqramın birinci mərhələsi fevralın 18-də Fort-Benninqdə başlayır. Burada hərbçilər təchizatçı sistemlərini sınaqdan keçirəcək və qiymətləndirəcək.
Bu mərhələ martın əvvəlində, təxminən 150 milyon dollar dəyərində prototip sifarişləri verildikdən sonra başa çatacaq. Çatdırılmalar qısa müddət sonra başlayacaq və növbəti beş ay ərzində davam edəcək. Layihə çərçivəsində ümumilikdə dörd mərhələ olacaq.
Ötən ilin payızında Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonla iki böyük sövdələşmə barədə açıqlama vermişdi: “Mega Deal” (ABŞ-dən silah alınması) və “Drone Deal”.
Onun sözlərinə görə, “Drone Deal” sövdələşməsi çərçivəsində ABŞ birbaşa pilotsuz təyyarələr alacaq. Ukrayna isə 2026-cı ildə 35 milyard dollar dəyərində öz dron və raketlərini istehsal edə biləcək.
Kiyev ilk növbədə özünü silahla təmin edəcək və artıq məhsulu satacaq. Belə silahların Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün bu tədarüklərə nəzarət olunacaq.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


