Avropa təşvişə düşüb: Rusiya peykləri “kor edir”
“Qərbin hərbi və mülki kosmik agentlikləri orbitdə dəfələrlə “şübhəli manevrlər” etmiş Rusiyanın “Luch-1” və “Luch-2” retranslyator peyklərinə diqqəti artırıb. Hər iki peyk elektron kəşfiyyat aparmaqda şübhəli bilinir”, – Almaniya Silahlı Qüvvələrinin Kosmik Komandanlığının rəhbəri, general-mayor Mixael Traut nəşrə açıqlamasında deyib.
Avropanın təhlükəsizlik xidmətlərinin fikrincə, Rusiya kəşfiyyat təyyarələri qitə üzərində ən azı 10-larla əsas peykdən gələn siqnalları tutmuş ola bilər.
Söhbət mülki, hökumət və müəyyən dərəcədə hərbi rabitəni təmin edən geostasionar peyklərdən gedir. Qəzetin məlumatına görə, 2023-cü ildə fəzaya buraxıldıqdan sonra “Luch-2” ən azı 17 peyklə, o cümlədən “Intelsat” operatoru tərəfindən idarə olunanlarla yaxınlaşıb.
Avropa qorxur ki, bu cür hərəkətlər Rusiyanın “hibrid müharibəsi”nin bir hissəsi kimi qiymətləndirilə və kommunikasiyalar, naviqasiya və dövlət qurumlarının fəaliyyətini dəstəkləyən kritik kosmik infrastruktura təsir göstərə bilər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


