ABŞ Afrikada böyük hərbi təlimlər keçirəcək

ABŞ Afrikada böyük hərbi təlimlər keçirəcək
  04 Fevral 2026    Oxunub:1361
ABŞ may ayında Afrikada “Afrika Aslanı” adlı ən böyük hərbi təlimi keçirməyi planlaşdırır. Əsasən Mərakeşdə keçiriləcək təlimlərdə 19 Afrika ölkəsinin, bir sıra Avropa, Cənubi Amerika və Yaxın Şərq dövlətlərinin hərbçiləri iştirak edəcəklər.
AzVision.az bildirir ki, ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Daqvin Anderson bu barədə məlumat verib.

“Bizim Afrikada ən böyük təlimlərimiz Mərakeşdə baş tutacaq və “Afrika Aslanı” adlanacaq. Biz bunu may ayında gözləyirik . 19 Afrika və 6 Avropa ölkəsi, Cənubi Amerika və Yaxın Şərqdən bir neçə tərəfdaş bu təlimlərə qoşulacaqlar”, - general keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təlim çərçivəsində Tunis, Qana və Seneqalda ayrıca manevrlər olacaq. “Afrika Aslanı”na əlavə olaraq, ABŞ artıq Mozambikdə 14 Afrika və beş Avropa, həmçinin iki Hind-Sakit okean ölkəsini əhatə edən “Cutlass Express” təlimini keçirir.

Daqvin Anderson Keniya, Tanzaniya və Cibutidə baş tutacaq “Justified Accord (Haqlı Saziş)” təlimlərini də xatırladıb. Amerika həmçinin ABŞ Kot-d'İvuar və Liviyada da “Flintlok” adlı hərbi təlimlər keçirəcək.

- Bütün təlimlər çoxtərəfli xarakter daşıyır, çünki onlar terrorizm, qaçaqmalçılıq və narkotik ticarəti kimi ümumi təhdidlərlə mübarizəyə yönəlib”, - general vurğulayıb.

Xatırladaq ki, “Afrika Aslanı” ABŞ hərbçilərinin iştirak etdiyi illik beynəlxalq hərbi təlimdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Afrika   təlimlər  



Xəbər lenti