“Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəb olur. Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil”, - SİMDNX-nin məlumatında deyilir.
Qurumdan bildirilib ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə inşasına başlanılmış 10,4 kilometrlik kollektorun, həmçinin Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 kilometrlik gətirici kollektorun və məhsuldarlığı 40 min m3/gün olan qurğunun tikintisi və Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi təmin ediləcək ki, nəticədə ətraf ərazilərdə formalaşan tullantı sularının idarə ediləcək və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


