Trampı İrana şans verməyə razı salıblar

   Trampı İrana şans verməyə razı salıblar
  05 Fevral 2026    Oxunub:1532
Ən azı doqquz Yaxın Şərq ölkəsinin liderləri ABŞ-dən İranla danışıqları ləğv etməməyi xahiş ediblər.
AzVision.az xəbər verir ki, iki amerikalı məmura istinad edən “Axios” portalının məlumatına görə, siyasətçilər “təcili şəkildə” ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlayıblar.

Mənbələrdən birinin iddiasına görə, Vaşinqton Tehranla danışıqlara “çox şübhə ilə yanaşır”.

- Bizdən xahiş etdilər ki, görüşü gündəmdə saxlayaq və iranlıların dediklərini dinləyək. Ərəblərə dedik ki, əgər onlar israr edirlərsə görüş keçirəcəyik. Amma biz buna çox skeptik yanaşırıq”, - amerikalı məmur deyib.

Digər məmur isə ABŞ-nin regiondakı müttəfiqlərinə “hörmətli yanaşmanı” və diplomatik yolu davam etdirmək üçün bu görüşə razı olduğunu bildirib.

“ABŞ-İran danışıqları əvvəlcə fevralın 6-da Türkiyədə Yaxın Şərq ölkələrindən olan müşahidəçilərin iştirakı ilə planlaşdırılırdı. Lakin Tehran onların Omana köçürülməsini, ikitərəfli olmasını və yalnız nüvə proqramına diqqət yetirilməsini tələb edib”, - portal yazır.

Daha sonra ABŞ-nin Tehranın təklifini rədd edtiyi və ultimatum verdiyi bildirilib: ya əvvəlcədən elan olunmuş şərtlərlə görüş olacaq, ya da danışıqlar aparılmayacaq.
“Axios”un iddiasına görə, bundan sonra İran rəsmiləri görüşün ləğv edildiyini açıqlayıb.

Bununla belə, fevralın 4-ü axşam saatlarında İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə danışıqların baş tutacağını bəyan edib. Görüş fevralın 6-da Omanın Maskat şəhərində yerli vaxtla təxminən saat 10:00-da baş tutacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   danışıqlar  



Xəbər lenti