İki gündə Bakıda 78 ağac sınıb

İki gündə Bakıda 78 ağac sınıb
  05 Fevral 2026    Oxunub:1405
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb. Bildirilib ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb və ərazi təmizlənib.

AzVision.az


Teqlər: külək   ağac  



Xəbər lenti