Gömrükdə qanunsuz qızıl-zinət əşyaları aşkarlanıb

Gömrükdə qanunsuz qızıl-zinət əşyaları aşkarlanıb
  05 Fevral 2026    Oxunub:1332
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların və qızıl-zinət əşyalarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində gizlədilən və gömrük orqanına bəyan edilməyən 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

AzVision.az


Teqlər: gömrük  



Xəbər lenti