Kamala Harris 2028-ci ilвэ prezident sekilərinə gedəcəkmi?

   Kamala Harris 2028-ci ilвэ prezident sekilərinə gedəcəkmi?
  05 Fevral 2026    Oxunub:1400
ABŞ-nin keçmiş vitse-prezidenti və Demokratlar Partiyasından 2024-cü il prezidentliyə namizəd Kamala Harris sabah 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini açıqlaya bilər.
AzVision.az xəbər verir ki, hələlik bu məlumatın rəsmi təsdiqi olmasa da, “bu mümkün elanın ABŞ-də mühüm siyasi hadisələrin başlanğıcı ola biləcəyi” qeyd edilir
.
Harrisin prezidentliyə namizəd olmaq qərarı ABŞ-nin siyasi mənzərəsinə və növbəti seçki dövrü öncəsi Demokratlar Partiyasının strategiyasına təsir göstərə bilər.

Xatırladaq ki, ötən seçkilər zamanı prezident Co Bayden seçkiyə bir neçə ay qalmış partiya yoldaşlarının təzyiqi ilə 2024-cü il prezidentlik yarışını tərk etdikdən sonra Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədi oldu.

Nəticədə onun, respublikaçı Donald Trampa uduzması ilə yanaşı, demokratlar Konqresin hər iki palatasında mövqelərini də itirdilər. Bununla belə, 2025-ci ilin oktyabrında Harris siyasətlə “üzülüşmədiyini” və yenidən prezidentliyə namizəd ola biləcəyini açıqladı.

“Hələ işimi bitirməmişəm. Mən bütün karyeramı cəmiyyətə xidmət göstərməyə həsr etmişəm və bu, mənim qanımdadır”, - keçmiş uğursuz namizəd vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris     seçkilər  



Xəbər lenti