ABŞ öz vətəndaşlarını İrandan çıxmağa çağırıb

   ABŞ öz vətəndaşlarını İrandan çıxmağa çağırıb
  06 Fevral 2026    Oxunub:1768
ABŞ hökuməti öz vətəndaşlarını yerli hakimiyyətin köməyinə bel bağlamadan dərhal İrandan çıxmağa çağırıb.
Bu barədə ABŞ-nin İrandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlar hətta yalnız ABŞ pasportu gəzdirdikləri üçün saxlanıla bilərlər. Səfirlik həmçinin diqqətə çatdırıb ki, İranda mümkün internet problemi, habelə uçuşların ləğvi də mümkündür.

Səfirliyin məlumatına əsasən, ABŞ hökuməti öz vətəndaşları üçün İrandan çıxış yolları kimi əsasən Ermənistan və ya Türkiyədən keçən quru yollarını göstərib.

Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Keçən ay ABŞ Yaxın Şərqə təyyarədaşıyan zərbə qrupu göndərib. Vəziyyətin həlli naminə aparılası danışıqlar indiyədək iflasa uğrayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İran   vətəndaş   çağırış  



Xəbər lenti