İrəvan Vensin gəlişinə hazırlaşır

İrəvan Vensin gəlişinə hazırlaşır
  06 Fevral 2026    Oxunub:1664
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana səfərinə hazırlıq məqsədilə Amerikanın nümayəndə heyəti İrəvana gəlib.
AzVision.az xəbər verir ki, “Hraparak” nəşrinin məlumatına görə, çoxsaylı Amerika nümayəndə heyəti “Armenia Marriott” otelində yerləşdirilib. İşləmək üçün 10-larla otaqdan ibarət bütöv bir mərtəbə nümayəndə heyətinin sərəncamına verilib. Mebel interyerindən yalnız masa və stullar saxlanılıb, qalan əşyalar çıxarılıb.

“Hotel işçilərinin bu mərtəbədə olması qadağandır. Maraqlıdır ki, nümayəndə heyətinin üzvləri hotelin başqa hissəsində yatırlar. Nümayəndə heyəti hoteldə iki həftə qalacaq”, - qəzet yazır.

ABŞ vitse-prezidentinin fevralın 9-da Ermənistana, ertəsi gün isə Bakıya gələcəyi gözlənilir.

Sahil İsgəndərov


Teqlər: Vens   İrəvan   hazırlıq  



Xəbər lenti