Senat Nyu-Yorkun meri ilə məşğul olacaq

 Senat Nyu-Yorkun meri ilə məşğul olacaq
  06 Fevral 2026    Oxunub:1679
ABŞ Senatının Səhiyyə, Təhsil, Əmək və Pensiya Komitəsi antisemitizmə və İsrailə münasibətdə BDS hərəkatına qarşı yönəlmiş şəhər sərəncamlarının ləğvindən sonra Nyu-Yorkun meri Zöhran Məmdaninin administrasiyası ilə bağlı rəsmi araşdırmaya başlayıb.
AzVision.az xəbər verir ki, “The New York Post (NYP)” nəşrinin məlumatına görə, komitənin sədri senator Bill Kessidi bu hərəkətlərin federal vətəndaş hüquqları qanunlarını poza və Nyu-Yorkun 2,2 milyard dollara qədər federal maliyyə vəsaiti almasına təhlükə yarada biləcəyini deyib.

“Şəhər rəsmiləri məktəblərdə yəhudi şagirdlərin müdafiəsini necə təmin etməyi planlaşdırır və fərmanların ləğvi federal qurumlarla razılaşdırılıbmı?”, - Bill Kessidi Nyu-York merinə məktubunda izahat tələb edib.

İstintaq Məmdaninin antisemitizmlə mübarizə və İsrailin boykotuna qarşı çıxanlar da daxil olmaqla, öz sələfi Erik Adams tərəfindən imzalanmış icra sərəncamlarını ləğv etmək qərarı ilə bağlıdır. Merin Senat komitəsinin sorğusuna cavabı fevralın 19-da gözlənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Senat   Məmdani   araşdırma  



Xəbər lenti