"Turkish Airlines" İstanbul-İrəvan aviareyslərini işə salır
Yeni marşrut üzrə ilk reysin 11 mart tarixindən həyata keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında İnvestorlar üçün Məlumatların Açıqlanması Platformasında (KAP) dərc olunmuş “Turkish Airlines” aviaşirkətinin bəyanatında qeyd olunub ki, şirkətin Direktorlar Şurası mövcud imkanlardan və bazar şəraitindən asılı olaraq Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin başlanması barədə qərar qəbul edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


