Rusiya İrana gizli şəkildə 2,5 milyard dollar ötürüb
“Nağd pulların çatdırılması İran rəhbərliyinin 2018-ci ildə etiraz dalğasını yatırmasından sonra başlayıb. “Promsvyazbank”dan ilk göndəriş 2018-ci il avqustun 13-də, Trampın sanksiya sərəncamını imzalamasından bir həftə sonra həyata keçirilib. Çəkisi 110 kq olan bu göndərişin məbləği 57,3 milyon dollar təşkil edib. Görünür, pullar qatarla Həştərxan limanına, oradan Xəzər dənizi vasitəsilə Əmirabad limanına, sonra isə qatarla Tehrana aparılıb”, - qəzet yazır.
Xatırladaq ki, əvvəllər özəl qurum olan “Promsvyazbank” 2017-ci ildə Kreml tərəfindən milliləşdirilərək yenidən müdafiə sektorunu maliyyələşdirməyə və ABŞ sanksiyalarından yan keçməyə yönəldilib.
2018-ci ilin yanvarında Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbərinin oğlu Pyotr Fradkov bankın rəhbəri vəzifəsini tutub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Fradkov ABŞ və Böyük Britaniyanın sanksiya siyahısına salınıb, bankın özünə qarı da sanksiya tətbiq edilib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


