Gözəllik salonuna qumbara atılıb

Gözəllik salonuna qumbara atılıb
  07 Fevral 2026    Oxunub:1865
Fransanın cənub-şərqində gözəllik salonunda qumbaranın partlaması nəticəsində 6 nəfər yaralanıb.
AzVision.az Fransanın “ici” tele-radio şirkətinin məlumatına istinadən xəbər verir ki, hadisə Qrenobl şəhərində törədilib.

“Naməlum kişi və onun cinayət ortağı yerli gözəllik salonuna daxil olaraq içəriyə qumbara atıblar. Partlayış nəticəsində vitrin dağıdılıb, biri uşaq olmaqla 6 nəfər yaralanıb”, - xəbərdə deyilir.

Bundan sonra hadisəni törədənlər oradan qaçıblar. Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Cinayəti törədənlərin kiçik gücə malik və az sayda partlayıcı komponentləri olan əldəqayırma qumbaradan istifadə etdikləri bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   salon   partlayış  



Xəbər lenti