Astarada torpaq sürüşməsi I Pensərçayda beton bəndlər çöküb

   Astarada torpaq sürüşməsi    I Pensərçayda beton bəndlər çöküb
  07 Fevral 2026    Oxunub:1715
Astarada Pensərçayın Vaqo kəndi ərazisindən keçən hissəsində baş verən sürüşmə nəticəsində beton bəndlər sıradan çıxıb.
Hadisə nəticəsində yol örtüyünün bir hissəsi dağılıb və nəqliyyat üçün yararsız vəziyyətə düşüb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması məqsədilə texnikalar vasitəsilə çayın məcrasının dəyişdirilməsi istiqamətində işlər aparılır.

Təhlükəsizlik məqsədilə ərazidə lentlənmə işləri aparılıb və nəqliyyat vasitələrinin dağılan yol hissəsindən keçməsinin qarşısının alınması üçün nəzarət tədbirləri görülür.

AzVision.az


Teqlər:



Xəbər lenti