ABŞ Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırır
Son iki gün ərzində ABŞ ağır hərbi-nəqliyyat təyyarələri "C-17A Globemaster III" və "C-5 Galaxy" regiona təxminən 15 reys həyata keçirib. Bu da əvvəlki iki günə nisbətən demək olar, 1,5 dəfə çoxdur. Yüklərin böyük hissəsi silahlanmasında "Patriot" zenit-raket kompleksləri və THAAD raketdən müdafiə sistemləri olan quru qoşunları birləşmələri və HHM hissələrinin bazalarının Texasdakı aerodromlarının payına düşür.
"C-17A Globemaster III" təyyarəsi 75 ton yük və "C-5 Galaxy" isə 118 tona qədər yük daşıya bilir.
Məlumata görə, ABŞ HHQ-nin hərbi-nəqliyyat aviasiyası yanvardan Yaxın Şərqə 120-dən çox reys həyata keçirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


