Britaniyanın Baş naziri istefa verə bilər

   Britaniyanın Baş naziri istefa verə bilər
  09 Fevral 2026    Oxunub:505
Böyük Britaniyanın Baş naziri Kir Starmer bir həftə ərzində istefa verə bilər.
Bu barədə “Bloomberg” agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadla məlumat yayıb. Qeyd olunub ki, bu cür müzakirələr amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələndirilən Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin edilməsi ətrafında yaranmış qalmaqalla bağlıdır. Sözügedən qalmaqal artıq bazar günü Böyük Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksuininin istefasına səbəb olub.

Artıq hakim Leyboristlər Partiyasından olan bir neçə millət vəkili Mandelsonun səfir təyinatına baxmayaraq, Starmerin hələ də vəzifədə qalmasına təəccübləndiklərini gizlətməyiblər. Nazirlərdən birinin müşavirinin sözlərinə görə, Starmerin növbəti həftə vəzifədə qalma ehtimalı “50-yə 50”-dir.


AzVision.az



Teqlər:



Xəbər lenti