Moskva ABŞ-ni “kişi kimi” qərar qəbul etməyə çağırıb

Moskva ABŞ-ni    “kişi kimi”    qərar qəbul etməyə çağırıb
  09 Fevral 2026    Oxunub:1479
Rusiya ABŞ-nin Ukraynadakı münaqişənin həlli təklifini qəbul edib, əgər “kişi kimi yanaşılsa” bu problem həll olunmalıdır.
AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TV Brics” telekanalına müsahibəsində belə deyib.

“Yaxşı, Ankoricdə biz ABŞ-nin təklifini qəbul etdik. Yəni kişi kimi yanaşsaq, onlar təklif verdilər, biz də qəbul etdik, deməli problem həll olunmalıdır”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.

FT: “Tramp Putinə səsini qaldırıb | Alyaskanın əks-sədası
Onun sözlərinə görə, Rusiya ABŞ-nin təkliflərini qəbul etməklə bir növ Ukrayna probleminin həllinə çalışmaq vəzifəsini yerinə yetirib.

- ABŞ-nin mövqeyi bizim üçün önəmli idi. Beləliklə, biz onların təkliflərini qəbul etməklə, bir növ, Ukrayna məsələsinin həlli, tammiqyaslı, geniş və qarşılıqlı faydalı əməkdaşlığa doğru irəliləmək vəzifəsini yerinə yetirmiş olduq”, - Sergey Lavrov bildirib.

Lakin Rusiya diplomatiyasının rəhbərinin fikrincə, hələlik hər şey tərsinədir, çünki yeni sanksiyalar tətbiq olunur və tankerlərə qarşı müharibə aparılır.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar 2025-ci il avqustun 16-na keçən gecə Alyaska ştatının Ankoric şəhərində baş tutub və təxminən üç saat davam edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   kişilik  



Xəbər lenti