Pensiya kapitallarının artırılması avtomatik həyata keçirilir

   Pensiya kapitallarının artırılması avtomatik həyata keçirilir
  10 Fevral 2026    Oxunub:1076
Pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir.
AzVision.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur:

"Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar.

Qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsin, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".


AzVision.az


Teqlər:



Xəbər lenti