Fərdi hesabında 50 min olan şəxsin pensiya kapitalı 2800 manat artacaq

   Fərdi hesabında 50 min olan şəxsin pensiya kapitalı 2800 manat artacaq
  10 Fevral 2026    Oxunub:1077
Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.
AzVision.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir: "Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".


AzVision.az


Teqlər:



Xəbər lenti