Rusiya və Çin böyük neft dövlətləri ola bilər

   Rusiya və Çin böyük neft dövlətləri ola bilər
  10 Fevral 2026    Oxunub:1086
Rusiya və Çin Xəzər dənizində hasilatı artırmaqla ABŞ və Səudiyyə Ərəbistanını dünyanın ən böyük neft dövləti statusundan məhrum edə bilər.
AzVision.az xəbər verir ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “YouTube” kanalının efirində belə deyib.

“Xəzər dənizinin altında, demək olar ki, az qala Venesueladakından daha çox neft var. Rotşildlər və başqaları əvvəlcə onun öz paylarını qoparmağa çalışdılar. Amma neft hələ də oradadır. O, öz vaxtını gözləyir. Onu hasilatı və nəqli istiqamətində boru kəmərləri çəkmək üçün Rusiya və Çinin hamıdan çox hüququ var”, - sabiq analitik iddia edib.

Onun fikrincə, Moskva və Pekin Xəzər dənizində hasilatı artırmaqla qlobal səhnəyə təsirlərini əhəmiyyətli dərəcədə artıra bilər. Rusiya və Çin frekinq (yüksək təzyiq altında su, qum və kimyəvi maddələrin qarışığının vurulması yolu ilə süxurda çatların yaradılmasını nəzərdə tutan neft və qaz hasilatının artırılması üsulu) texnologiyasından istifadə edən ABŞ kimi neft güclərini oyundan kənar vəziyyətə sala bilər.

- Əminəm ki, bunu edəcəklər. Onlar bu texnologiyada da ABŞ-dən xeyli irəlidədirlər. Bu baş verdikdə və neft dollar əvəzinə yuanla satıldıqda, bir az neftə malik digər ölkələrin taleyi necə olacaq? Lap Səudiyyə Ərəbistanını götürək. Onun ehtiyatları tükənmək üzrədir. Səudiyyə Krallığı əvvəlki kimi neft gücünə malik olmayacaq”, - Larri Conson vurğulayıb.

Analitik xatırladıb ki, Ukraynadakı hadisələrə cavab olaraq Qərb ölkələri Rusiyanın neft və qaz tədarükünə ciddi məhdudiyyətlər qoyub. Beləliklə də, Rusiyadan enerji resursları almaqdan imtina edən Qərb ciddi səhvə yol verib, çünki indi Rusiya enerjidaşıyıcılarını vasitəçilərdən daha baha qiymətə alır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Çin   neft  



Xəbər lenti