İslam Səfərli küçəsində quruculuq işləri davam edir

İslam Səfərli küçəsində quruculuq işləri davam edir
  10 Fevral 2026    Oxunub:1283
İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.
Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib. Küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işıq dirəkləri quraşdırılmasına başlanılıb.

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.

Həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.

AzVision.az


Teqlər: küçə   piyadalaşdırma  



Xəbər lenti