Makron: “ABŞ və Çin Avropanı süpürüb atacaqlar”

      Makron:    “ABŞ və Çin Avropanı süpürüb atacaqlar”
  10 Fevral 2026    Oxunub:1356
Avropa həm geosiyasi, həm də geoiqtisadi baxımdan “fövqəladə” vəziyyətdədir.
AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “The Ekonomist” jurnalına müsahibəsində belə deyib.

“Avropa İttifaqı (Aİ) iqtisadi inkişafa daha çox sərmayə qoymalı və inkişafının qarşısındakı maneələrin aradan qaldırılmasını sürətləndirməlidir. Əks halda Amerika texnologiyası və Çindən idxal onu Aİ-ni süpürüb ata bilər”, - Frans prezidenti vurğulayıb.

Emmanuel Makron fevralın 12-də birliyin rəqabət qabiliyyətinin artırılması tədbirlərinin müzakirə olunacağı Aİ-nin iclası ərəfəsində belə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   ABŞ   Çin   xəbərdarlıq  



Xəbər lenti