Tokayev hökuməti yalançılıqda ittiham edib

   Tokayev hökuməti yalançılıqda ittiham edib
  10 Fevral 2026    Oxunub:1101
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumət üzvlərini onun çıxışlarını və müsahibələrini öyrənməməkdə, nəticədə əmrlərin düzgün yerinə yetirilməməkdə və bəzən ona yalan məlumatlar verməkdə günahlandırıb.
AzVision.az xəbər verir ki, hökumətin geniş iclasında Tokayev bəzi kabinet üzvləri ilə söhbətlərin məmurların onun çıxışlarına lazımi diqqət yetirmədiyini üzə çıxardığını deyib.

“Görünür, internetin təsiri altında uzun mətnlərin oxuması çətinləşib. Xüsusilə ona görə ki, indi mətnləri, o cümlədən kitab və məqalələrin məzmununu dinləmək mümkündür. Amma bu, dövlət qulluqçularına yaraşmır. Onlar oxumalı, oxumalı və bir daha oxumalıdırlar. Əks halda, pensiya yaşına çatdıqda lazımi koqnitiv qabiliyyətlər itirilə bilər”, - Qazaxıstan prezidenti qeyd edib.

Kasım-Jomart Tokayev rəsmi statistikanın doğruluğunu da şübhə altına alıb. Onun sözlərinə görə, yeni vergi məcəlləsinin tətbiqindən sonra guya 180 mindən çox vətəndaşın leqal fəaliyyət müstəvisinə keçdiyi açıqlansa da, rəsmi məlumatların heç də həmişə reallığı əks etdirmədiyini vurğulayıb.

- Hər dəfə “əgər” demək lazım gəlir. Çünki bəzən departament məlumatları reallığa uyğun olmur. Bu barədə açıq danışmaq lazımdır”, - dövlət başçısı bildirib.

Qazaxıstan prezidenti ilin sonuna kimi büdcə vəsaitlərinin “xərclənməsi” praktikasını da tənqid edərək bu cür hərəkətləri “dəlilik” “sadəcə israfçılıq” adlandırıb. O, səmərəsiz layihələrin maliyyələşdirilməsini yalnız xərclənməməmək və ya subyektiv səbəblər qorxusundan dayandırmağı əmr edib.

“Oyunun bütün qaydalarını yenidən nəzərdən keçirin. Yeni dövr gəlib çatıb”, - Tokayev hökumətə tapşırıb.

Qazaxıstan prezidenti dövlət investisiyalarının real səmərəliliyinə diqqət yetirməyə, büdcə proqramlarının auditinə, səmərəsiz xərclərin azaldılmasına və ciddi nəzarətə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tokayev   hökumət   ittiham  



Xəbər lenti