Makron: “Rusiya qapımızın kandarındadır”

  Makron:  “Rusiya qapımızın kandarındadır”
  10 Fevral 2026    Oxunub:1044
Rusiya-Ukrayna müharibəsini müzakirəsi prosesində vasitəçilərdən asılı olmamaq üçün Moskva ilə birbaşa dialoqun bərpası ilə bağlı bir sıra avropalı həmkarlarıma təklif vermişəm.
AzVision.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Almaniyanın “Süddeutsche Zeitung (SZ)” nəşrinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, “Rusiyanı bəyənib-bəyənməməkdən” asılı olmayaraq Avropanın coğrafi mövqeyi dəyişməz qalır.

“Rusiya birbaşa bizim qapımızın ağzındadır. Ona görə də mən bir neçə avropalı həmkarıma Rusiya ilə dialoqu bərpa etmək təklifini verdim. Bəziləri üçün bizim kimi diplomatik müşavirlərini göndərmək hələ tez idi”, – Fransa Prezidenti bildirib.

Lavrov: “Rusiyanın Avropa ilə gizli ünsiyyəti var”
Makron Parisin “texniki səviyyədə” Moskva ilə əlaqə üçün kanalı yenidən açdığını diqqətə çatdırıb. O, Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşılıqlı fəaliyyət üçün “mütəşəkkil Avropa yanaşması” nı inkişaf etdirə biləcəyinə ümid bəslədiyini söyləyib.

- Həmsöhbətlər çox olmamalıdır; mandat, sadə nümayəndəlik lazımdır – baxaq görək, necə təşkilatlanacağıq. Amma Rusiya ilə dialoqu bərpa etmək üçün fürsət olmalıdır. Niyə? Çünki gələn sülh Avropaya da yayılacaq”, – siyasətçi vurğulayıb.

Fransa Prezidenti həmçinin amerikalı diplomatların Ukraynanın Aİ-yə daxil olmasının vaxtını müəyyən edə biləcəyi ilə bağlı danışıqlarda iştirak məsələsinə də aydınlıq gətirib.

“Xeyr, üzrlü sayın. Bu, özünə hörmət məsələsidir. Özünə hörmət yaxşı şeydir; bu, bizim üçün zəruridir. Ona görə də biz özümüz olmaqdan qorxmamalıyıq. Bu, Avropanın maraqlarına aiddir”, – Emmanuel Makron iddia edib.

Xatırladaq ki, “L'Express” nəşrinin məlumatına görə, Makronun diplomatiya məsələləri üzrə müşaviri Emmanuel Bonn fevralın əvvəlində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla görüşmək üçün Moskvaya səfər edib.

“Bloomberg” agentliyi bildirib ki, səfərin məqsədi Moskvanı qitədə təhlükəsizliklə bağlı qərarların qəbulunda Avropanın rolunu tanımağa inandırmaq olub. Kreml Bonnun səfərini nə təsdiq, nə də təkzib etməsə də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə bəzi avropalı liderlər arasında gizli ünsiyyətin olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   Rusiya   dialoq  



Xəbər lenti