Bin Ladenin keçmiş katibi ömürlük həbsə məhkum edildi

Bin Ladenin keçmiş katibi ömürlük həbsə məhkum edildi
  24 Aprel 2013    Oxunub:1328

O, 2001-ci ildə Tanzaniya ve Keniyadakı ABŞ səfirliklərinin partladılmasının təşkilatçısı kimi günahlandırılır
Əl-Qayidə liderinin keçmiş şəxsi katibi Usama bin Lader Vadih Ər-Heyqin ABŞ məhkəməsi tərəfindən təkrarən ömürlük həbsə məhkum olunması barədə dünyanın aparıcı KİV-ləri o cümlədən, "Reuters" agentliyi məlumat yayıb. Livan əsilli ABŞ vətəndaşı Əl-Heyq ilk dəfə 2001-ci ildə Tanzaniya ve Keniyada ABŞ səfirliklərinin partladılmasında amerikalıların öldürülməsində, dövlət binalarının məhv edilməsində və yalançı şahidlikdə ittiham olunaraq, ömürlük həbsə məhkum edilib.. Ər-Heyqin vəkilləri hökmdən appellyasiya şikayəti veriblər. 2008-ci ildə Nyu-Yorkun dairə məhkəməsi şikayəti təmin edib və işə yenidən baxılması haqqında qərar qəbul edib. İşə təkrar baxış prosesində Əl-Heyqin vəkilləri ona mərhəmət göstərilməsində təkidli olsalar da, məhkəmə sədri Əl-Heyqi "terrorizmin qatı tərəfdarı" kimi xarakterizə edib. Belə qənaətə gəlib ki, o azadlığa çıxarsa, yenidən öz cinayət əməllərini davam etdirəcək.

Qeyd edək ki, Tanzaniya ve Keniyadakı ABŞ səfirlikləri 1998-ci ilin avqust ayında partladılıb. Partlayış nəticəsində 224 nəfər ölən və müxtəlif dərəcəli xəsarət alan olub. İstintaq müəyyənləşdirib ki, Əl-Heyq terror aktında birbaşa iştirak etməsə də, o, həmin zaman Əl-Qayidənin maliyyələşdirilməsində əsas rol oynayıb


Teqlər:





Xəbər lenti