Bakı-Ağstafa istiqamətində əlavə qatarlar təyin olunub

Bakı-Ağstafa istiqamətində əlavə qatarlar təyin olunub
  10 Fevral 2026    Oxunub:1060
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
ADY-dən AzVision.az -a verilən məlumata əsasən, sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

AzVision.az


Teqlər: ADY  



Xəbər lenti