Şeyxülislam Roma Papası ilə görüşüb
Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana təşrif buyurmasını sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.
QMİ sədri Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, birinci xanım Mehriban Əliyevanın, Azərbaycan xalqının səmimi salamlarını Papa XVI Leo həzrətlərinə çatdırmaqdan böyük şərəf duyduğunu ifadə edib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən davam etdirilən və ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi olduqca məmnun edir. Bildirib ki, mərhum Roma Papası Fransisk həzrətlərinin Azərbaycana tarixi səfəri, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü və ölkəmizin multikultural dəyərləri, nümunəvi dinlərarası mühiti barədə xoş fikirləri hər zaman xatirimizdədir.
Şeyxülislam A.Paşazadə xüsusi qeyd edib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər, heç şübhəsiz ki, böyük töhfə verir. Əlavə edib ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər — Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


