Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb

Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
  10 Fevral 2026    Oxunub:1066
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
AzVision.az xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi ötən il oktyabrın 14-də Ramiz Mehdiyev barəsində açılan cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyevin barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

AzVision.az


Teqlər: məhkəmə   Ramiz-Mehdiyev  



Xəbər lenti